Vilnüsdə Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib
Litva Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvləri Vilnüsün mərkəzində Neris çayının sahilində Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib.
APA TV-nin Xarici İşlər Nazirliyinin "Facebook" səhifəsinə istinadən məlumatına görə, Azərbaycan Respublikasının Litvadakı səfirliyinin dəstəyi ilə Vilnüsün mərkəzi, Neris çayının sahilində və meriyanın qarşısında baş tutan fləşmobda Vilnüs və Kaunas universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı litvalı gənclər də iştirak edib.
Anım tədbiri zamanı 100 kv.m sahədə 2000 ədəddən çox xüsusi konstruksiyalı şamdan istifadə edilməklə #KHOJALY hərfləri bütün gecə boyu yandırılıb.