Qohumunun və 11 qonşusunun evini soydu

Bakıda qohumunun evindən oğurluq edən Neftçala rayon sakini yaxalanıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakının Binə qəsəbəsinin sakini olan qadın Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, fevralın 6-da evindən qızıl əşyalarının oğurlandığını bildirib.

 

Bölmə əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin yaxın qohumu, əvvəllər məhkum olunmuş, Neftçala rayon sakini Bəxtiyar Zabitov tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.

 

Ətrafında aparılan tədbirlərlə B.Zabitovun digər cinayət əməllərinin də üstü açılıb. Onun ötən ilin noyabr ayından cari il fevralın 13-dək olan müddətdə həmin qəsəbədə 11 evdən pul, elektrik naqilləri, su mühərriki, təmir-tikinti alətləri, inşaat materialları, qızıl və məişət əşyaları oğurladığı da müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov