ABŞ Estoniyada "Patriot" raketləri yerləşdirir
Pentaqon Estoniyada "Patriot" raket sistemini quraşdıracaq. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Estoniya Müdafiə Nazirliyi xəbəri təsdiqləyib.
"MIM 104 Patriot" hava hücumlarından müdafiə kompleksi 25 km-dən 160 km-ə qədər hündürlükdə uçan istənilən hava obyektlərini zərərsizləşdirmək gücünə malikdir.
"Bu raket sistemi dünyanın ən güclü hərbi texnologiyalarından biridir" - deyə, Müdafiə Nazirliyi açıqlama verib.
Raket sistemi artıq Estoniyadadır və 24 fevral Estoniyanın müstəqilliyinin 100 illiyinə həsr olunacaq paradda nümayiş etdiriləcəyi gözlənilir.
Qeyd edək ki, "Patriot" raket sistemi ABŞ-ın Avropada 10-cu hava və quru hücumlarından qorunma komandanlığının ən başlıca silahıdır.