Aeroport yolunda "QAZel" yandı - HADİSƏ YERİNDƏN

Bakıda yük maşını yanıb. APA TV-nin məlumatına görə, hadisə aeroport yolunda baş verib.

 

"QAZel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı səkiyə çırpıb. Qəzadan dərhal sonra avtomobil alışmağa başlayıb və yanıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov