ABŞ səfirliyi Qüdsə yerləşir - VAXT BƏLLİ OLDU

ABŞ-ın Qüdsdə səfirliyi bu ilin mayında fəaliyyətə başlayacaq. APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Mayın 14-də səfirliyin Qüdsdə fəaliyyətə başlamasını planlaşdırırıq. Səfirlik hazırkı ABŞ Konsulluğunda yerləşəcək. Onun açılışı İsrailin 70 illiyinə həsr olunacaq”, - deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

Bundan əvvəl "Reuters" agentliyi İsraildəki mənbələrə istinadən səfirliyin mayda açılacağına dair xəbər yayıb.

Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da prezident Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin bu şəhərə köçürüləcəyini açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv