Tramp Rusiya və İranı tənqid etdi: "Bu rüsvayçılıqdır"
ABŞ prezidenti Donald Tramp Rusiya və İranı tənqid edib. O, həmin ölkələri Suriyada gərgin vəziyyətin yaranmasında günahlandırıb.
APA TV-nin məlumatına görə, bu barədə CBS News xəbər verib.
“Rusiya və İranın son vaxtlar Suriyada törətdikləri rüsvayçılıqdır”, - deyə D.Tramp bildirib.
D.Tramp həmçinin ABŞ-ın Suriyada yalnız İŞİD-lə mübarizəyə görə qaldığını vurğulayıb və yeganə məqsədlərinin terrorçulardan qurtulmaq olduğunu deyib. Onun sözlərinə görə, ABŞ ordusu yalnız bundan sonra Suriyanı tərk edəcək.