Azərbaycanda analoqu olmayan çap avadanlığı təqdim olundu
"İndigo Print House" Azərbaycanda analoqu olmayan avadanlığın rəsmi təqdimatını keçirib.
APA TV-nin xəbərinə görə, şirkət "Xeikon 3030" markalı avadanlığın Digital etiket çapını təqdim edib.
Bu avadanlığın əsas üstünlüklərindən biri də 1-dən 1 000 000-a qədər tirajının olmasıdır. "İndigo Print House" "Sürət, keyfiyyət və qənaət" şüarı ilə fəaliyyət göstərir və bu yolda inkişafını davam etdirir. Təqdimatda xarici qonaqlar həmçinin bütün mətbəəçilər və müştərilər iştirak ediblər. Xeikon zavodunun satış üzrə direktoru Patrik Pittrus, baş meneceri Gunter Franz, Gürcüstan “Poliqraf” şirkətinin nümayəndəsi Gocha Kamkamidze yeni avadanlıqla bağlı fikirlərini bölüşüblər.
"İndigo Print House"un direktoru Tariyel Salahov poliqrafiya sahəsində 1983-cü ildən işlədiklərini deyib. O qeyd edib ki, 1982-ci ildən anası Zərifə Salahova Miniatür Kitab Muzeyinə rəhbərlik edir: "O sevgini də o bizə aşılayıb. Bu mətbəə sovet vaxtından var idi. Sonradan söküldü, yenidən tikildi. "İndigo" da yarandı 2000-ci ildə, inkişaf etdi, 3 mətbəə birləşdi. "İndigo" brendi altında böyük bir mətbəə oldu. İki ildən bir yeni avadanlıqlar alınır. İndi alınan avadanlıq, Qafqaz regionunda ilk addımdır, digital flex texnolojidir. Bu, birbaşa kompüterdən etiket çap etməyə imkan verir. Rulondan rulona çap gedir. Bu Azərbaycan üçün inkişafdır. Tək bizim üçün yox, istehsalçılar üçün. Çalışırıq biznes inkişaf eləsin".
Qeyd edək ki, "İndigo" mətbəəsində MDB və Avropa ölkələrində təcrübə keçmiş 100-dən çox ixtisaslı menecerlər, dizaynerlər, çapçılar və servis mühəndisləri çalışır. Professional kollektiv istənilən çətinlikdə olan sifarişi yüksək səviyyədə yerinə yetirməyə zəmanət verir.
Azərbaycanda etiketlərin 1-dən 1 000 000-a qədər digital flex çapı tiraj yeganə olaraq "İndigo Print House"da həyata keçirilir. Eyni zamanda "İndigo" qutu istehsalı sahəsində yenilikçi və dinamik bazarın şərtlərinə uyğun olaraq 3-5 qat karton üzərində LED UV ofset və flex çapı edir. Kompaniyada daimi texniki təchizat dəyişikliyi gedir: kompaniya yeni, daha müasir təchizatlar əldə edir, yeni texnologiyaları mənimsəyir. Burada məşhur istehsalçıların yeni, daha müasir təchizatlarından, Almaniya, İsveçrə, İngiltərə, İtaliya və digər ölkələrin yüksək keyfiyyətli məhsullarından da istifadə edilir.
"İndigo Print House" olaraq həmişə xidmətinizdəyik. Biz sizi gözləyirik!