ABŞ-da daha bir ilk: su sərhədlərini "Uşaq gurultu"su ilə qoruyacaqlar

ABŞ-da yeni nəsil motorlu qayıqlar istehsal olunur. APA TV-nin ABŞ mətbuatına istinadən məlumatına görə, "SEYFHİVN Marina" şirkəti "XSV 17" tipli motorluq qayıqların istehsalına başlayıb.


Bu tip qayıqların əsas üstünlüyü suda batmamasıdır. "Uşaq gurultusu" adlandırılan qayıqların dizaynı, komplektasiyası və ən aşağı mərkəzi ağırlıq həcmi onlara suda batmağa imkan vermir. 2000 at gücünə malik "XSV 17"lər saatda 62 mil sürətlə hərəkət edə bilir. Yeni nəsil qayıqlar 16 nəfərlik heyət tutumuna malikdir və 750 mil məsafəni dayanaqsız hərəkət edir.

 

Motorlu qayıq dünyasında rezonansa səbəb olan "Uşaq gurultusu"nun ilkin mərhələdə Sahil Mühafizəsində istifadə olunacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov