"Taliban" 25 əfqan hərbçisini güllələdi

"Taliban" terror qruplaşması Əfqanıstanda hərbi posta hücum edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Əfqanıstanın qərbində baş verib.


Terrorçular Fərah əyalətində Kınşık qəsəbəsindən 10 km aralıda olan postu atəşə tutub. Atışma nəticəsində 25 əfqan hərbçisi həlak olub.

Əfqanıstan Müdafiə Nazirliyindən daha 2 nəfərin girov götürüldüyü qeyd edilib.

 

Xatırladaq ki, Əfqanıstan Daxili İşlər Nazirliyi (DİN) son 1 həftə ərzində 18 əyalətdə keçirilmiş antiterror əməliyyatları nəticəsində 288 terrorçunu zərərsizləşdirib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov