Rusiyanın Suriyaya göndərdiyi Su-57-lər Türkiyə sərhədinə yaxınlaşdı - MÜƏMMALI UÇUŞLAR
Rusiyanın Hmeymim bazasına göndərdiyi 5-ci nəsil Su-57 təyyarələri Suriya səmasında uçuşlara başlayıb.
APA TV-nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən bu barədə açıqlama verilib.
Su-57-lər ABŞ-a məxsus F-22 və F-35 tipli qırıcıların Suriya üzərində uçuşlara başlamasından sonra və həmçinin hərbi təyyarələrin uçuş manevrlərini yoxlamaq məqsədilə havaya qaldırıb.
Həmin təyyarələr Türkiyə sərhədləri yaxınlığında uçuşlar həyata keçirir.
"Eksport Voorujeniy" jurnalının baş redaktoru Andrey Frolov bildirir ki, Rusiya Müdafiə Nazirliyi bütün yeni silahlarını Suriyada təcrübədən keçirir.