PYD/YPG Türkiyə hərbçilərinə tələ qurdu - CANLI BOMBALAR
"Zeytun budağı" əməliyyatının 36-cı günündə məhv edilən PYD/YPG terrorçularının sayı 1931-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.
Son əməliyyat günündə daha 58 terrorçu zərərsizləşdirilib, iki kənd - Əbu Kab və Hacılar azad edilib.
Əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) dəstək verir. Cinderes bölgəsindəki PYD/YPG hədəfləri helikopterlərdən endirilən zərbələrlə darmadağın edilib.
Afrinin terrorçulardan təmizlənən Maskah kəndində isə dəhşətli mənzərə ortaya çıxıb.
Kənddə axtarışlar zamanı bir gizli anbarda əli-qolu bağlı 4 yaşlı sakin tapılıb. Onların ətrafına partlayıcılar quraşdırılıb.
Terrorçular onları xilas etmək istəyən türk hərbçilərinə bu yolla tələ qurublar. Sakinlər zərər görmədən xilas edilib. Onlar PYD/YPG-nin kənd sakinlərindən "canlı qalxan" kimi istifadə etdiyini deyib.
Bundan başqa kənddəki 12 evdə də partlayıcılar yerləşdirildiyi aydın olub. Bütün təhlükələr aradan qaldırılıb.
Xatırladaq ki, yanvarın 20-də start verilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə 32 şəhid verib, 183 hərbçi isə yaralanıb. PYD/YPG-nin Türkiyə ərazisinə atdığı raketlər isə 9 dinc sakinin həyatına son qoyub.