Yezidi kürdlərin lideri: "Afrinə zorla aparılan gənclərimiz öldürülür"

"PKK İraqdakı yezidi kürdləri zorla silahlandıraraq Afrinə göndərir".


APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Yezidi Ruhani Məclisinin üzvü K.Süleymani verdiyi açıqlamada bildirib.
 

O bunun yolverilməz olduğunu deyib: "Gənclərimizin zorla silahlandırılıb vuruşmağa aparılması qəbuledilməzdir. Gənc yezidi qız və oğlanlarımız döyüşlərdə ölür".

 

Sincardakı PKK, "Haşdi Şabi" və digər terror qruplaşmalarının bölgədən çıxarılmasını tələb edən ruhani lider bunun üçün İraq hökumətindən və beynəlxalq güclərdən yardım istəyib: "Silahlı qruplaşmalar bölgədə sülhə ciddi təhlükədir. Bölgəni tərk edən yezidilər bura qayıtmağa qorxur".

 

"Zeytun budağı" əməliyyatına toxunan Süleymani xeyli silahlı birliklərin Sincardan Afrinə keçərək Türkiyəyə qarşı vuruşduğunu deyib.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı