Ağdamda ər və arvad qazdan zəhərləndi

Ağdamda ahıl yaşlı ər və arvad qazdan zəhərlənib. APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Evoğlu kəndində baş verib.

 

Kənd sakinləri - 84 yaşlı Eldar Əliyev və həyat yoldaşı, 77 yaşlı Mahirə Əliyeva hamamda qazdan zəhərlənib. Yaşlı ərlə arvadın hamamdan gec çıxdığını görən yaxınları ora daxil olanda onları huşsuz vəziyyətdə aşkarlayıblar. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Vəziyyətləri ağır olan Əliyevlər Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Xəstəxanadan APA TV-yə verilən məlumata görə, M.Əliyevanın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd