Türkiyənin axtardığı PYD/YPG lideri ələ keçdi - PRAQADA

Bir müddət əvvəl Çexiyaya qaçdığı bildirilən PKK terror təşkilatının Suriya qolu PYD-in sabiq sədri Salih Müslim bu gün Praqada tutulub. APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, "Qırmızı bülleten"lə axtarılan S.Müslimin Praqada olduğu müəyyən edildikdən sonra Türkiyə dövləti onun saxlanılmasına dair sorğu göndərib.

Artıq Türkiyə Ədliyyə nazirliyi tərəfindən S.Müslimin ekstradisiya olunması üçün lazımi tədbirlər görülür. Bildirilir ki, onun adı terrorla əlaqədə axtarınların siyahısında qırmızı kateqoriyaya daxil imiş.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının 6-cı il konqresi ilə əlaqədar Şanlıurfada keçirdiyi mitinqdə "qırmızı bülleten"lə axtarılan və Praqada tutulan S.Müslimin Türkiyəyə təslim edilməli olduğunu dilə gətirib:

"İndi PYD-nin başçısı tutulub. Ümid edirik ki, Çexiya onu Türkiyəyə təslim edər. Doğru addım da budur", - Ərdoğan belə deyib.

O həmçinin bildirib ki, Afrində son terrorçu məhv edilməyənə qədər bu mübarizə davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv