Britaniyada güclü partlayış: bina dağıldı - YARALILAR VAR

Böyük Britaniyanın Lester şəhərində ərzaq mağazasında partlayış baş verib. Nəticədə ikimərtəbəli bina dağılıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla 19:19-da Hinkli Roud küçəsində qeydə alınıb.

Partlayış nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti kritikdir. Şəhər polisi "ciddi insident" baş verdiyini bildirərək, təffərüatları açıqlamaqdan imtina edib. Məlumata görə, hadisə yerinə 6 yanğınsöndürmə briqadası cəlb edilib.

Bundan başqa, polis hələ ki terror aktı versiyasını nəzərdən keçirmir.

Müəllif | Apa.Tv
Sərxan Kamallı