Ağdamda 18 yaşlı qız dəm qazından zəhərlanib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alıbəyli kəndində baş verib.
Kənd sakini Qasımzadə Nərmin Ərşad qızı yaxınları tərəfindən huşsuz halda vanna otağında aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və N.Qasımzadə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.