Səudiyyədə daha bir ilk: qadınlar orduya çağırılır

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə qadınlar orduya cəlb olunacaq.

 

APA TV-nin SPA agentliyinə istinadən məlumata görə, Müdafiə Nazirliyi qadınların ordu sıralarına qoşulması üçün rəsmi internet səhifəsində elektron müraciət forması açıb.

 

Namizəd qadınlar orta ixtisas təhsilinə malik olmalıdır. Onların Ər-Riyad, Məkkə, Mədinə, Əl-Qasım, Asir əyalətlərində qeydiyyatda olmaları mütləqdir.

 

Həmçinin namizəd qadınların qarşısına qoyulan şərtlərə 25-35 yaş aralığında, boyunun 1,55 sm-dən yuxarı olması, heç bir müəssisədə əvvəllər işləməməsi və xarici vətəndaşla evli olmaması daxildir.

 

Müraciətlərin çərşənbə gününə kimi davam edəcəyi gözlənilir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı