Prezident İlham Əliyev “Xocalı” abidəsini ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.

 

APA TV-nin məlumatına görə, abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

 

Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur RasizadəMilli Məclisin sədri Oqtay ƏsədovPrezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoyublar.

 

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

 

Onlar abidənin önünə qızılgüllər, qərənfillər düzüblər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı