İsrail kəşfiyyatı Suriyadakı Rusiya aviabazasının görüntülərini yayıb

İsrail kəşfiyyatı Rusiyanın Suriyaya göndərdiyi "Su-57" hərbi təyyarələrinin görüntülərini yayıb.

 

APA TV-nin İsrail mediasına istinadən məlumatına görə, "Hmeymim" aviabazasında yerləşdirilən təyyarələr ABŞ-ın "F-22" və "F-35" markalı analoqları ilə rəqabət qabiliyyətinə malikdir.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi təyyarələrin cari ildəki əməliyyatlarda istifadə olunacağını açıqlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv