"Kürd şahinləri" Afrinə gedir: KÜÇƏ DÖYÜŞLƏRİNDƏ VURUŞACAQLAR

Afrində kürdlərdən ibarət "Kürd şahinləri" hərbi birləşməsi Türkiyə əsgərlərinə qoşulacaq.

 

APA TV-nin məlumatına görə, birlik Azad Suriya Ordusuna (ASO) daxil "Həmzə briqadası" tərəfindən yaradılıb. Döyüşçülərin 400-ü kürd, 200-ü ərəbdir. Qruplaşmaya Türkiyə Xüsusi Təyinatlıları təlim keçib. Birlik "Zeytun budağı" hərəkatında  PYD/YPG terror təşkilatlarına qarşı döyüşəcək.

 

"Kürd şahinləri"nin Afrin şəhərinin mühasirəsində və yaşayış yerlərində gedən döyüşlərdə iştirakı gözlənilir.

 

Birləşmənin rəhbəri Həsən Abdullah Kulli hərbçilər qarşısında çıxış edib: "Biz Aziz bölgəsinin kürdləriyik. Biz "Həmzə" briqadasının hərbçiləriyik. İnşallah Afrinə çatacağıq. Afrində xalqımızı PKK zülmündən xilas edəcəyik".

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı