Mədinəyə dolu düşdü - YUMURTA BOYDA
Səudiyyə Ərəbistanının Mədinə şəhərinə yumurta böyüklüyündə dolu yağıb.
APA TV-nin türk mediasına istinadən verdiyi məlumata görə, yağıntı nəticəsində onlarla avtomobil və evə ziyan dəyib. Heyvanlar tələf olub.
Dolu səbəbi ilə məktəblər bağlanıb. İnsanlara evlərindən çıxmamağı məsləhət görülüb.