Gəncədə dörd avtomobil toqquşub, xəsarət alanlar var. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, zəncirvari qəza şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.
“Lexus”, “VAZ 2106” və iki “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 2106”-da olan iki sərnişin xəsarət alıb. Onlardan biri, 1995-ci təvəllüdlü Mustafayev Səbail Sabir oğlu xəstəxanaya yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib, vəziyyəti normaldır. Digər şəxsin yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.