Gəncədə ev yandı, 68 yaşlı qadın öldü

Gəncədə ölümlə nəticələnən yanğın hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov prospekti, bina 37, mənzil 3 ünvanında qeydə alınıb.

 

Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin 20-yə yaxın əməkdaşı və texnikası cəlb olunub. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub.

 

Yanğın nəticəsində ümumi sahəsi 34 kv. m olan 1 otaqlı mənzil yanar konstruksiyaları və əşyaları ilə birgə tamamilə yanıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Yanğının kəşfiyyatı zamanı 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli