Xəzər dənizi ilə Azərbaycana narkotik keçirmək istədilər

Xəzər dənizi vasitəsilə Azərbaycana narkotik vasitələrin qaçaq­mal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, 2017-ci ilin fevral ayının 23-də Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd su­­la­rımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub.

 

Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koor­dinatları üzrə su səthinə baxış keçirilib, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb. Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şək­lində heroinə oxşar maddə aşkar olunub.

 

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı