Səudiyyədə ilk dəfə "Jazz festivalı" və Opera tamaşası: QADINLAR KİŞİLƏRLƏ BƏRABƏR İZLƏDİ
Səudiyyə Ərəbistanı son dövrdə etdiyi yeniliklərə gündəmdə qalmaqda davam edir.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu dəfə krallıqda ilk dəfə olaraq "Caz festivalı" və Opera tamaşası keçirilib.
Xüsusi ilə bədəvilərin həyat tərzindən bəhs edən "Anter və Abla" adlı müxtəlif ərəb şeirləri ilə müşayiət olunan və geyimlərlə təsvir edilən opera kütlə tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirlərin keçirilməsində ən diqqət çəkən məsələ isə festivalı qadın və kişilərin birlikdə izləməsi olub. İl ərzində 5 mindən çox festivalın keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qatı şəriət qanunlarının hökm sürdüyü ölkədə əvvəllər musiqi festivallarının keçirilməsi qəti qadağan olunub və bu cür tədbirlərə polis tərəfindən ciddi nəzarətə götürülüb.