Aydın Əliyev Xaçmazda vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bu gün Xaçmazda vətəndaşları qəbul edib.
APA TV-nin şimal bürosunun xəbərinə görə, qəbul zamanı bölgədə yerləşən Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri olub. Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətlərini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.