Praqa məhkəməsi PYD/YPG liderini sərbəst buraxdı

Çexiyada saxlanılan PYD/YPG-nin liderlərindən biri olan Salih Müslim sərbəst buraxılıb.
 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Salih Müslim Çexiyanın paytaxtı Praqada məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
 

Bu gün o, Praqa Şəhər Məhkəməsinə gətirilib. Yerli vaxtla saat 13:00-da başlayan məhkəmədə onun sərbəst buraxılması barədə qərar qəbul olunub.
 

Təhlükəsizlik məqsədilə media və müşahidəçilər binadan kənarda qalıb.        

Salih Müslimin Çexiya ərazisindən çıxışına qadağa qoyulub.

Xatırladaq ki, PYD/YPG-nin liderini Türkiyə "qırmızı bülletenlə" axtarışa verib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov