Azərbaycanda ilk prezidentliyə namizəd qeydə alındı

Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeyd alıb.

 

APA TV-nin məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

 

İclasda nəzərə çatdırılıb ki, 900 imza vərəqində təqdim edilən 45 min imzadan 42 min imza yoxlanılıb və bu imzalar etibarlı olub. Seçki Məcəlləsinə əsasən, 42 min etibarlı imza İlham Əliyevin namizədliyinin qeydə alınması üçün yetərli olduğundan, yoxlama prosesi dayandırılıb.

 

Çıxışlardan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olub.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı