Başqırdıstanda yük maşını ilə mikroavtobus toqquşub - 9 ÖLÜ, 3 YARALI

Başqırdıstan Respublikasının İqlinsk rayonunda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 9 nəfər ölüb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Ulu-Telyaka yaşayış məntəqəsi yaxınlığında, M-5 magistral yolunun 1548-ci kilometrliyində baş verib.

Məlumata görə, "MAN" markalı yük maşını ilə “Mercedes” markalı mikroavtobus toqquşub. Həmin vaxt mikroavtobusda 12 sərnişinin olduğu deyilir. Avtoqəza nəticəsində xəsarət almış daha 3 nəfər xəstəxanaya çatdırılıb.

Yol qəzasının səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv