Musiqiçini canlı yayım zamanı güllələdilər - AD GÜNÜNDƏ
ABŞ-da özünün doğum günündə "Facebook" sosial şəbəkəsi vasitəsilə canlı yayıma çıxan şəxs güllələnib. APA TV-nin CNBC telekanalına istinadən verdiyi xəbərə görə, hadisə Şimali Karolina ştatında baş verib.
Atlanta sakini Prentis Robinson adlı musiqiçi şəxsi "Facebook" profili vasitəsilə canlı yayımda olarkən naməlum bir silahlı ona yaxınlaşıb və bir neçə dəfə atəş açıb. P.Robinson xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polislər gəlib. Müəyyən edilib ki, musiqiçini güllələyən şəxs Şimali Karolina sakini Duqlas Klivlend Kolsondur. O artıq polis tərəfindən saxlanılıb. Qətlin səbəbləri isə hələ ki açıqlanmır.