Şimali Koreya Suriyaya kimyəvi silah satır? - HƏRBİ VƏ MÜLKİ MƏQSƏDLƏ

Şimali Koreyanın Suriyaya kimyəvi silah istehsalında istifadəsi nəzərdə tutulan materiallar göndərdiyi barədə xəbərlər yayılıb. APA TV-nin məlumatına görə, bu barədə "The New York Times" nəşri yazıb.

Nəşrin məlumatına görə, BMT sanksiya komitəsinin hələ yayımlanmayan hesabatında 2017-ci ilin yanvarında kimyəvi silah zavodlarında istifadə olunan materiallardan ibarət iki gəminin Pxenyandan Dəməşqə yola salındığı və beynəlxalq sularda saxlanıldığı qeyd olunub. Bundan başqa, koreyalı raket istehsalı mütəxəssislərinin Suriyada göründüyü və yerli kimyəvi silah müəssisələrində işlədiyi qeyd olunur.

İddiaya görə, kimyəvi silahlar 2012-2017-ci illər ərzində Suriyaya göndərilib və indiyəcən 40 belə yük çatdırılıb. Ballistik raketlərin hərbi və mülki məqsədlər üçün istifadə olunacağı da vurğulanır. Nəticədə bu sövdələşmə ilə Suriya kimyəvi silahlar, Şimali Koreya isə gəlir əldə edəcək.

Müəllif | Apa.Tv
Apa.tv