Güclü alov iki yanğınsöndürəni öldürdü - MOSKVADA
Moskvanın şimalında güclü yanğın olub. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki yanğınsöndürən həyatını itirib.
İnsident Matros Jeleznyak bulvarındakı 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində baş verib. Üçotaqlı mənzildə qeydə alınmış yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər çağırılıb. Alov sahəsi 15 kv/m olan bir ərazini əhatə edib. Mənzildə olan qadın və üç uşağı binadan təxliyyə olunub. Ancaq yanğının söndürülməsi zamanı güclü alov qəfildən iki yanğınsöndürənin üstünə püskürüb və onların ölümünə səbəb olub.
Hadisə yerində araşdırma aparılır.