Meksikada narkomafiya hesablaşması: 14 ölü - MEYİTLƏRİ YANDIRDILAR
Meksikada iki qrup arasında baş verən silahlı insident nəticəsində 14 nəfər öldürülüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Guanajuato əyalətində iki narkomafiyanın üzvləri arasında qeydə alınıb.
Əyalətin baş prokurorunun verdiyi açıqlamaya görə, El Alto və El Qrande kəndlərinin narkomafiya qruplaşmaları arasındakı atışmadan sonra 14 nəfərin meyiti aşkar olunub. Bir neçə meyit yandırılıb.
Qeyd edək ki, borulardan neft oğurluğu və qatar soyğunçuluğunun artdığı ölkədə mafiya qruplaşmaları arasında bölgəyə sahib olma uğrunda mübarizə gedir.