Zərdabda narkotik satmaq istəyən Tovuz sakini tutuldu - İŞ BAŞINDA

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirir.

      
APA TV-nin məlumatına görə, Zərdab rayon Polis Şöbəsinə narkotiklərin qanunsuz satışı ilə məşğul olan şəxs barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini İntiqam Əmiraslanov narkotik vasitəni 4000 manata satarkən saxlanılıb. Polis şöbəsinə gətirilən həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman cibindən təmiz çəkisi 620 qram olan marixuana aşkar edilərək götürülüb. Həmçinin onun 105 manata satdığı 0,70 qram heroin də maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
 

Faktla bağlı Zərdab RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv