Tonqaldan tullanan Tovuz sakini xəsarət alıb - TOVUZDA
Tovuz sakini yıxılaraq ağır bədən xəsarətləri alıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, rayonun Əsrik kənd sakini 2003-cü il təvəllüdlü Abbasov Oruc Teymuraz oğlu bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, O.Abbasov ötən gecə çərşənbə tonqalından tullanmaq istəyən zaman yıxılıb və xəsarət alıb.