Birinci sinif şagirdi traktorun altında qaldı - SABİRABADDA DƏHŞƏT
Sabirabadda traktor 6 yaşlı uşağı vuraraq öldürüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Sabirabad rayonunun Moranlı kənd sakini, 1982-ci il təvəllüdlü Elnur Əlisoltan oğlu Hüseynov idarə etdiyi “Belarus” markalı traktorla 2012-ci il təvəllüdlü Əsədli Cəlil Telman oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, 6 yaşlı Cəlil Moranlı kənd orta məktəbinin birinci sinfində oxuyurdu.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.