Sabirabad sakini özünü bıçaqlayaraq öldürdü

Sabirabad sakini özünü bıçaqlayaraq intihar edib.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Sabirabadın Moranlı kənd sakini, 1977-ci il təvəllüdlü Vüqar Əlifağa oğlu Hüseynov ürək nahiyəsindən özünə bıçaqla xəsarət yetirib.

 

V.Hüseynov Şirvan şəhər Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı