Misirdə iki qatar toqquşdu - 15 ÖLÜ, 38 YARALI
Misirin Boxeyra vilayətində iki qatar toqquşub. APA TV-nin yerli "Əl-Vətən" nəşrinə istinadən məlumata görə, qəza nəticəsində 15 nəfər ölüb.
Hadisə zamanı 40 nəfərin də yaralandığı bildirilir. Qəza stansiyada sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
İnsidentin səbəbləri müəyyənləşdirilir.