Yeniyetmə pula görə anasını bıçaqladı - ABŞERONDA
Abşeron rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin məlumatına görə, Abşeron Gənclər Şəhərciyində baş vermiş hadisə zamanı oğul anasını bıçaqlayıb.
Məlumata görə, Xudat rayon sakini, əvvəllər məhkum olunmuş 17 yaşlı Sənan Zalov yaşadığı binanın qarşısında mağazadan qayıdan anasından pul istəyib. İstədiyini əldə edə bilmədikdə o, anası 1984-cü il təvəllüdlü Zalova Kəmalə Zakir qızına 4 bıçaq xəsarəti yetirib. Yaralı qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu deyilir.
S.Zalov hadisədən sonra "VAZ-2107" markalı avtomobillə ərazidən qaçıb. Hazırda polis onun axtarışını aparır.