Venesuela-Kolumbiya sərhədində atışma: NARKOMAFİYA HESABLAŞMASI
Venesuela-Kolumbiya sərhədində baş verən silahlı toqquşma nəticəsində 7 nəfər həlak olub. APA TV-nin "RİA Novosti"yə istinadən məlumatına görə, insident Taçira ştatının Urenya bələdiyyəsi yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, Venesuela sərhədçiləri kolumbiyalı silahlılardan 7 ədəd odlu silah, 3 avtomobil və 3 ədəd motosiklet müsadirə edib. Venesuela ilə Kolumbiya arasında 2,2 min km uzunluğunda sərhəddən qaçaqmalçılar və narkomafiya fəal şəkildə istifadə edir.
2015-ci ildə kolumbiyalı qaçaqmalçıların hərbçilərə hücumundan sonra Venesuela prezidentinin sərəncamı ilə sərhəd bağlanmışdı. Bir il sonra Venesuela prezidenti Nikolas Maduro və Kolumbiyanın dövlət başçısı Xuan Manuel Santos iki ölkə arasında sərhədin tədricən açılmasına dair razılığa gəlib.