ABŞ polisi silahlı ermənini öldürüb - HADİSƏ YERİNDƏN
Los-Ancelesdə erməni əsilli vətəndaş öldürülüb.
APA TV-nin məlumatına görə, bu barədə Los-Anceles şəhərinin polis rəisi Çali Beka məlumat verib
Onun sözlərinə görə, Panorama-Siti şəhərinin sakini, 22 yaşlı Orbel Nazaryan hüquq-mühafizə orqanlarına zəng edərək silah və bıçağı olduğunu deyib.
Hadisə yerinə gələn polis əməkdaşları əlində soyuq silah olan O.Nazaryandan təslim olmasını tələb etsə də, o, buna məhəl qoymayıb, polislərin həyatına təhlükə yaradıb.
Polis əməkdaşları ona atəş açmaq məcburiyyətində qalıb. O.Nazaryan aldığı güllə yarasından ölüb.
Polis rəisi insidentin əvvəldən axıradək lentə alındığını bildirib. Öldürülən şəxsi polislər əvvəldən də yaxşı tanıyırmış. O.Nazaryan bundan əvvəl bir neçə dəfə özünəqəsd xarakterli hərəkətlər törədib.
Faktla bağlı istintaq aparılır.