Rusiya: ABŞ PYD/YPG-nin nəzarətindəki bölgələrdə 20 hərbi baza qurub

ABŞ Suriyada hərbi bazalar qurub. APA TV-nin məlumatına görə, bu iddia Rusiya Təhlükəsizlik Şurasının toplantısında səsləndirilib.


Toplantıda qeyd olunub ki, ABŞ indiyə kimi PYD/YPG-nin nəzarət etdiyi bölgədə təxminən 20 hərbi baza yaradıb.

 

"Suriyada sülh və sabitliyin bərpa olunması davamlı xarici müdaxilələr tərəfindən baltalanır" - deyə, bildirilir.

 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın Suriyada çoxlu sayda hərbi baza yaratdığını dəfələrlə vurğulayıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı