Akif Muradverdiyevə 4 illik HƏBS CƏZASI
Xəzər Rayon Məhkəməsində Prezident Aparatının keçmiş işlər idarəsinin müdiri Akif Muradverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Vəkil Rəşad Mirmehdizadənin APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Muradverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Akif Muradverdiyev 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiyaya aparmaq məqsədilə külli miqdarda dəyəri olan 40 ədəd Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, gizli yolla gömrük nəzarətindən keçirib. O, Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.