Hicabları zorla çıxarıldığı üçün 3 qadına 60 min dollar təzminat ödənəcək - ABŞ-DA

Nyu-York polisi hicablarını zorla çıxararaq üç qadının hüquqlarını pozduğu üçün onlara 60 min dollar kompensasiya ödəməli olacaq.

 

APA TV-nin "The New York Times"a istinadən məlumatına görə, bu barədə məhkəmənin çıxardığı qərarda bildirilib.

 

İnsidentlərdən biri 2012-ci, digəri isə 2015-ci ildə yaşanıb. İlk olay zamanı polis məktəblini idarəyə gətirərək, ondan hicabı çıxarmasını tələb edib. Qız tabe olmadıqda tələb məcburi şəkildə yerinə yetirilib. Digər iki hadisə də analoji qaydada icra olunub. Onların  hər üçündə foto və videoçəkiliş aparılıb.

Faktlarla bağlı zərərçəkənlər məhkəməyə müraciət edərək, onlara təzminat verilməsini tələb edib və hakim bu tələblərin yerinə yetirilməsinə qərar verib.

Müəllif | Apa.Tv
Apa.tv