Ruhaninin xanım müşaviri: "Hicabın qorunmasına qarşıyam"
İran prezidentinin müşaviri Məsumə İbtikar sensasion sayıla biləcək bəyanatla çıxış edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, müşavir "Qadınlar günü" ilə əlaqədar keçirdiyi mətbuat konfransında hicabın qətiyyətlə qorunmasına qarşı olduğunu bildirib.
Baş örtüyünün İranda qanunla məcburi olduğunu qeyd edən İbtikar bunun İran inqilabından sonra həmin dövrdə xalqın və ruhanilərin tələbi ilə tətbiq edildiyini qeyd edib. O, hicab səbəbi ilə son dövrlərdə həbslərin sayının artdığına diqqət çəkərək, "Yeni nəsil bu məsələdə fərqli düşüncədədir" ifadəsini işlədib və etirazların nəzərə alınmasının vacibliyini qeyd edib.
"Bu məsələ hökumətin gündəliyindəki ən əsas məsələlər sırasındadır" - deyə xanım müşavir vurğulayıb.
Qeyd edək ki, İran konstitusiyasına əsasən, iranlı qadınlar həmçinin xaricə tək səfər etmələri üçün öz ərlərindən rəsmi şəkildə icazə almalıdır.