İran dollardan imtina etdi
İran Mərkəzi Bankı idxal əməliyyatlarında dollardan istifadəni qadağan edib.
APA TV-nin məlumatına görə, qurumdan Sənaye və Ticarət Nazirliyinə göndərilən bildirişdə idxal işlərində dollardan deyil, digər valyutalardan istifadə olunması haqqında məlumat qeyd olunub. Öncəki əməliyyatlar yekunlaşdıqdan sonra artıq yeni idxal mallarının alışında digər valyutalardan istifadə olunacaq.
İran Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məlumata görə, Vaşinqtonun 2015-də imzalanan nüvə razılaşmasından sonra yenə də İrana qarşı yeritdiyi siyasət rəsmi Tehranı bu addımı atmağa məcbur edib.
İranın "Mehr" xəbər agentliyi idxalçıların dollar almaq üçün yerli valyuta mübadiləsi mərkəzlərindən istifadəsi ABŞ valyutasının qiymətini artırır, bu da ölkə iqtisadiyyatına ciddi ziyan vurmaqla yanaşı bu pula olan tələbatı artırır.
Qeyd edək ki, İranda dollar alqı-satqısı ilə məşğul olacaq şəxslərin həbs olunacağı istisna deyil.