Putin: "Analoqu olmayan yeni silah hazırlamışıq"

"Biz dünyada analoqu olmayan yeni raket hazırlamışıq".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Federal Şuraya müraciətində səsləndirib: "2017-ci ilin sonunda Rusiya Federasiyasının mərkəzi poliqonunda nüvə enerjisi qurğusuna malik ən yeni qanadlı raketin uğurlu sınağı keçirildi. Uçuş zamanı nüvə enerjisi qurğusu nəzərdə tutulan gücə çataraq lazımi dartma gücünü təmin etdi. Raketin buraxılışı və yerdə kompleks sınaqlar prinsipial baxımdan yeni silah növünə keçməyə imkan verir: nüvə enerjisi qurğusu ilə təchiz edilmiş strateji nüvə silahı kompleksi... Dünyada belə bir şey yoxdur".

 

Rusiyanın dövlət başçısı heç kimi hədələmədiklərini və heç kimə hücum etməyə hazırlaşmadıqlarını söyləyib. O qeyd edib ki, yeni silah mövcud beynəlxalq razılaşmalara zidd deyil: "Yer planeti adlanan qayığı yırğalamağı dayandırmağın vaxtıdır. Biz ABŞ və Avropa ilə əməkdaşlıqda maraqlıyıq. Hətta mövqelərimiz üst-üstə düşməsə belə".

 

V.Putin "Sarmat" adlanan yeni raketin imkanlarını zaldakı plazma ekrandan nümayiş etdirib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov