Zaqatalada 4-cü sinif şagirdi intihar etdi
Zaqatalada 4-cü sinif şagirdi intihar edib. APA TV-nin məlumatına görə, hadisə fevralın 28-də axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib.
Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxananın tirindən kəndirdən asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun intihar etdiyi məlum olub.
Hafiz Məmmədov Muxax kənd 2 sayı tam orta məktəbinin 4-cü sinif şagirdi idi.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.