AXCP-Müsavat: Müttəfiqlik, yoxsa birləşmə?

AXCP və Müsavat Partiyası  arasında müttəfiqlik sazişi bağlana bilər. Bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyaların birgə keçirdiyi görüşdən sonra verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya bununla bağlı AXCP-yə təklif irəli sürüb: "Düşünürük ki, bu məsləhətləşmələr davam edəcək. Sonrakı görüşlərdə bu təkliflərimizə cavab alacağıq. Sabah Klassik Xalq Cəbhəsi partiyası ilə görüşümüz var. Gələn həftə çalışacağıq ki, digər qüvvələrlə məsləhətləşmələr aparaq".

 

Görüşün nəticəsini müsbət qiymətləndirən AXCP sədri Əli Kərimov Müsavat Partiyasının müttəfiqliklə bağlı təklifinə də münasibət bildirib: "Bu müttəfiqlik təşəbbüsünü partiyanın Rəyasət Heyətində müzakirə edəcəyik. Amma mən hesab edirəm ki, əgər bizim məqsədimiz ölkənin müxalifətində daha güclü, daha təsirli güc mərkəzini formalaşmasıdırsa, bu, elə AXCP və Müsavatın bir partiyada birləşməsi şəklində daha yaxşı olar".

 

AXCP sədri vurğulayıb ki, Müsavat Partiyasının Milli Şurada qalıb fəaliyyət göstərməsi daha doğru olar.

 

Müəllif | Apa.Tv