Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın: 25-dək ölü var - HADİSƏ YERİNDƏN

Səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

 

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.

 

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. 

 

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verib. APA TV-nin xəbərinə görə, 30-dan artıq pasiyent yanan binadan təxliyə olunub. Yanğın zamanı xəsarət almış şəxslərdən dördü xəstəxanalara yerləşdirilib. Hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib. 

 

Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb.

 

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 25-dək şəxs ölüb.

 

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Fövqəladə Hallar Nazirliyi saat 08:18-də yanğının məhdudlaşdırıldığı barədə məlumat yayıb. Yanğının yayılma təhlükəsi yoxdur.

 

Müəllif | Apa.Tv
Sərxan Kamallı